Dekabr ayının 1-nə kimi qarğıdalı da daxil olmaqla tarlalardan 3 milyon 339 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 2,9 faiz çox dənli və dənli paxlalı bitkilər yığılıb.
FED.az Dövlət Statistika Komitəsibnə istinadən xəbər verir ki, 1 milyon 763,2 min ton (3,7 faiz az) tərəvəz, 1 milyon 368,6 min ton (4,5 faiz çox) meyvə və giləmeyvə, 924,6 min ton (0,5 faiz çox) kartof, 459,0 min ton (6,4 faiz az) bostan məhsulları, 345,3 min ton (42,1 faiz çox) pambıq, 310,6 min ton (45,3 faiz çox) şəkər çuğunduru, 209,1 min ton (3,5 faiz çox) üzüm, 31,8 min ton (2,3 faiz çox) günəbaxan, 7,8 min ton (31,1 faiz çox) tütün, 1,2 min ton (12,7 faiz çox) yaşıl çay yarpağı yığılıb.
2025-ci ilin yanvar-noyabr aylarında diri çəkidə 544,1 min ton ət, 2086,0 min ton süd, 2140,5 milyon ədəd yumurta, 14,6 min ton yun, 186,6 ton barama istehsal olunub.
2024-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə yumurta istehsalı 2,0 faiz, süd istehsalı 0,3 faiz, ət istehsalı 0,1 faiz artmış, yun istehsalı 1,3 faiz, barama istehsalı 22,1 faiz azalıb.










