2024-cü ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində 440,4 milyon manatlıq içki və tütün məhsulları satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-ci ilin yanvar-fevral aylarına nisbətən 2,8% azdır.
Bu ilin ilk iki ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2,4 % faizi içki və tütün məhsullarına sərf olunub.