Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri açıqlanıb.
FED.az bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən məlumat verir.
Belə ki, 2024-cü ilin yanvar-fevral aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 1 milyard 080,2 milyon manat olub.
Bu 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15,8 faiz çoxdur.
Hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 036,8 milyon manatlıq xidmət göstəriiib ki, bu da xidmətlərin ümumi dəyərinin 96,0 faizini təşkil edib.
Məlumat üçün blldirək ki, 2023-cü ilin yanvar-fevral aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 908,3 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 832,9 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 91,7 faizini təşkil edib.