Dövlət Statistika Komitəsi (DSK) iyun ayında ölkədə bahalaşan və ucuzlaşan ərzaq mallarını açıqlayıb.
Eləcə də bax: Pandemiya dövründə əhalinin ərzağa xərclədiyi vəsaitin məbləği - AÇIQLANIB
FED.az-ın məlumatına görə, 2020-ci ilin iyun ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə qiymətlər ümumilikdə 1,5% ucuzlaşıb, son bir ildə isə 5,3% bahalaşıb.
Cari ilin iyun ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından
daha çox ucuzlaşma
təzə balığın,
pasterizə olunmamış üzlü südün,
kəsmiyin,
qarğıdalı yağının,
limonun,
bananın,
gilasın, alçanın, əriyin, şaftalının, çiyələyin,
qurudulmuş meyvələrin,
qozun, fındığın, şabalıdın,
kələmin, xiyarın, pomidorun, bibərin,
badımcanın, göy lobyanın,
çuğundurun, yerkökünün,
sarımsağın, soğanın,
təzə göbələyin,
kartofun, quru noxudun qiymətində baş verib.
Bu dövrdə bahalaşma isə əsasən
yumru düyünün,
qarabaşaq və manna yarmasının,
vermişelin, sterilizə olunmuş üzlü südün,
qatılaşdırılmış şəkərli südün,
yoqurtun, xamanın, brınza pendirinin,
yumurtanın,
süfrə marqarininin,
almanın, armudun,
göyərtinin,
mərcinin,
qəhvənin,
kola içkisinin,
meyvə şirəsinin,
arağın qiymətlərində müşahidə olunub.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş vermyib.