2024-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində 621,2 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-ci ilin yanvar-iyun aylarına nisbətən 0,6% azdır.
Bu ilin ilk yarımilində alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2,3%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.