2023-cü ilin yanvar-avqust aylarında İsveçrədən Azərbaycana saatların və onların hissələrinin ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 37,1% artaraq 7,459 milyon frank (7,636 milyon avro) təşkil edib.
Gürcüstan bu il Azərbaycana 100 ton şərab - İXRAC EDİB
FED.az bu barədə İsveçrə Gömrük İdarəsinin materiallarına istinadən xəbər verir.
Statistik məlumatlara görə, isveçrəli saatsazlar yanvarda Azərbaycana 0,696 milyon frank (0,699 milyon avro), fevralda 0,729 milyon frank (0,736 milyon avro), martda 0,608 milyon frank (0,614 milyon avro), apreldə 1,026 milyon frank (1,042 milyon avro), mayda 1,028 milyon frank (1,055 milyon avro), iyunda 1,02 milyon frank (1,045 milyon avro), iyulda 0,936 milyon frank (0,969 milyon avro), avqustda isə 1,414 milyon frank (1,476 milyon avro) dəyərində məhsul ixrac ediblər.
2021-ci illə müqayisədə 2022-ci ildə İsveçrədən Azərbaycana saatların və onların hissələrinin ixracı dəyər ifadəsində 11,6% - 9,753 milyon franka qədər (9,724 milyon avro) artıb. (İnterfaks-Azərbaycan)