2025-ci ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində 4 milyard 622,5 milyon manatlıq ərzaq məhsulları satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2024-cü ilin yanvar-fevral ayına nisbətən 2% çoxdur.
Bu ilin ilk ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50% faizi ərzaq mallarının alınmasına sərf olunub.
Təkcə fevral ayı ərzində əhali 2 milyard 216,3 milyon manatlıq ərzaq alıb.