2024-cü il üzrə Gəncə şəhərində pərakəndə ticarət dövriyyəsinin həcmi açıqlanıb.
FED.az bu barədə Gəncə Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə ötən il üzrə ümumilikdə Gəncədə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 559,5 milyon manatlıq, o cümlədən 884,2 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 675,3 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
2023-cü ilin yanvar-dekabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 16,5 faiz artmış, qeyri-ərzaq malları üzrə isə 13,3 faiz azalıb.
2024-cü ildə istehlak mallarının dəyər ifadəsində 21,4 faizi ticarət müəssisələri, 24,4 faizi bazar və yarmarkalarda, 54,2 faizi isə fərdi sahibkarlar tərəfindən satııb.
2023-cü il ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə hüquqi şəxslər üzrə 1,0 faiz, fərdi sahibkarlar üzrə 12,7 faiz azaıb., bazar və yarmarkalar üzrə isə 59,5 faiz artıb.