2024-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 755 milyon 352,3 min manatlıq, o cümlədən 407 milyon 188 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 348 milyon 164,3 min manatlıq qeyri-ərzaq malları satılıb.
FED.az xəbər verir ki, bu barədə Gəncə Şəhər Statistika İdarəsindən bildirilib.
2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 0,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 14,2 faiz artmış, qeyri-ərzaq malları üzrə isə 11,3 faiz azalıb.
2024-cü ilin yanvar-iyun aylarında istehlak mallarının dəyər ifadəsində 19,8 faizi ticarət müəssisələri, 59,9 faizi fərdi sahibkarlar tərəfindən, 20,3 faizi isə bazar və yarmarkalarda satılıb.
2023-cü ilin yanvar–iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 9,3 faiz, fərdi sahibkarlar üzrə 2,3 faiz azalmış bazar və yarmarkalarda isə 26,7 faiz artıb.
İctimai iaşə dövriyyəsi və ödənişli xidmətlər
Gəncə şəhərində 2024-cü ilin yanvar-iyun aylarında ictimai iaşə dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz artaraq 22,7 milyon manat təşkil edib. Dövriyyənin 22,3 milyon manatı fiziki şəxslərin hesabına təmin olunub.
2024-cü ilin yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrünə nisbətən real ifadədə 6,9 faiz artaraq 275,4 milyon manat təşkil edib. Hüquqi şəxslər tərəfindən əhaliyə 70,7 milyon manatlıq xidmət göstərilmiş və xidmətlərin ümumi dəyərinin 25,7 faizini təşkil etmişdir. Ödənişli xidmətlərin 14,3 faizi dövlət, 85,7 faizi isə qeyri-dövlət mülkiyyətindən ibarət olub..