2022-ci ilin yanvar-iyun aylarında Gəncə şəhərinin pərakəndə ticarət şəbəkəsində istehlakçılara 646,7 milyon manatlıq məhsul, o cümlədən 289,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 356,8 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
Eləcə də bax: Gəncədə sənaye parkı - YARADILA BİLƏR
Gəncə şəhər Statistika İdarəsindən FED.az-a verilən məlumata görə, 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə şəhərdə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,5 faiz artıb.
Fərdi sahibkarların alveri azalıb, obyekt və bazarda satışlar artıb
2022- ci ilin yanvar-iyun aylarında Gəncədə istehlak mallarının dəyər ifadəsində 21,2 faizi ticarət müəssisələri, 57,7 faizi fərdi sahibkarlar tərəfindən, 21,1 faizi isə bazar və yarmarkalarda satılıb.
2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 33,8 faiz, bazar və yarmarkalarda 25 faiz artıb, fərdi sahibkarlar üzrə 12,3 faiz azalıb.
Hesabat dövründə ticarət şəbəkəsindən hər bir şəhər sakini orta hesabla ayda 301,7 manatlıq, o cümlədən 135,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 166,5 manatlıq qeyri-ərzaq malları alıb.