Bu ilin yanvar-fevral aylarında fiziki şəxslər tərəfindən idxal olunmuş məhsulların dəyəri 246 milyon 61 min dollar təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Fiziki şəxslər tərəfindən aparılmış idxal əməliyyatlarının həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 101 milyon 339 min dollar və ya 29,2% azalıb.
Belə ki, 2025-ci ilin ilk iki ayında fiziki şəxslər tərəfindən idxal olunmuş məhsulların ümumi dəyəri 347 milyon 400 min dollar idi.
Hesabat dövründə fiziki şəxslər tərəfindən aparılmış idxal əməliyyatlarının ümumi idxaldakı payı 9,47% olub ki, bu isə illik müqayisədə 1,07 faiz bəndi çoxdur. 2025-ci ilin eyni dövründə fiziki şəxslər tərəfindən aparılmış idxal əməliyyatlarının ümumi idxalda payı 8,4% olmuşdu.











