Dövlət Statistika Komitəsi yanvar-iyul aylarının yekunu üzrə iqtisadi nəticələri açıqlayıb.
Eləcə də bax: Azərbaycanda ərzağın bahalaşması 20%-i keçdi - RƏSMİ RƏQƏMLƏR AÇIQLANDI
FED.az xəbər verir ki, hesabat dövründə əhalinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 20% artaraq 38 milyard 797 milyon manat olub.
Əhalinin adambaşına gəlirləri isə 19,5% artaraq 3 859 manat olub.
Bununla yanaşı, ölkədəki sürətli qiymət artımı, xüsusən də ərzağın sürətli bahalaşması əhalinin gəlirlərindəki artımı tamamilə kompensasiya edib.
Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin ilk 7 ayında ölkədə qiymətlər 13%, ərzaq mallarının qiyməti 19,3% artıb.
2021-ci ilin iyul ayı ilə 2022-ci ilin iyul ayınin qiymətlərinin müqayisəsində isə ərzaq 20,3% bahalaşıb.