Azərbaycanda 1 yanvar 2021-ci il tarixinə əsasən 127 517 mikro müəssisə olub.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi bildirir.
Mikro sahibkarlıq subyektlərinin 63.4 faizi Bakıda, 10.6 faizi Aran, 7.1 faizi Abşeron, 4.9 faizi Gəncə-Qazax, 4.6 faizi Lənkəran, qalanları isə digər iqtisadi rayonlarda yaradılmışdır.