Bu ilin fevral ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə ərzaq məhsullarına 1,653 mlrd. manat xərclənib.
Eləcə də bax: Azərbaycanda ərzaq 17 faizdən çox bahalaşıb - STATİSTİKA
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalara görə, bu göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə 21,9% artsa da, yanvar ayı ilə müqayisədə 7,2% azalıb. Sözügedən göstərici may ayından (1,647 mlrd. manat) bəri ən aşağı səviyyəyə enib.
Qeyd edək ki, yanvar-fevral aylarında ərzaq məhsullarına 3,434 mlrd. manat xərclənib ki, bu da illik müqayisədə 2,9% çoxdur. Sözügedən məhsullar pərakəndə ticarət şəbəkəsi dövriyyəsinin 49,4%-ini təşkil edib.
(Apa)