Yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində 585,3 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin müvafiq dövrünə nisbətən +5,9% çoxdur.
Yanvar-fevral aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları bütün mallara xərclədiyi vəsaitin 5,7% faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.
Təkcə fevral ayı ərzində əhali 282,3 milyon manatlıq avtomobil benzini və dizel yanacağı alıb











