020-ci ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 24,6 milyard manatlıq, o cümlədən 13,3 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 11,3 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Eləcə də bax: İstehlak bazarında qiymətlər - Açıqlanıb
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,8 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 6,9 faiz azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,3 faiz artıb. Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 2,2 dəfə çox olub.
Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:
Məhsul qruplarının adları |
Satışdan gəlir, milyon manatla |
2019-cu ilin yanvar - avqust aylarına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi |
24 564,3 |
98,2 |
o cümlədən: |
||
ərzaq məhsulları |
12 014,7 |
103,6 |
içkilər və tütün məmulatları |
1 273,0 |
100,6 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar |
3 593,5 |
81,0 |
elektrik malları və mebellər |
1 358,7 |
92,0 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları |
190,2 |
95,4 |
əczaçılıq məhsulları və tibbi ləvazimatlar |
439,6 |
137,7 |
avtomobil benzini və dizel yanacağı |
1 331,0 |
99,5 |
digər qeyri-ərzaq malları |
4 363,6 |
100,4 |
Rəsmi məlumata görə, 2020-ci ilin yanvar-avqust aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,9 faizi ərzaq məhsullarının, 5,2 faizi içkilər və tütün məmulatlarının, 14,6 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,5 faizi elektrik malları və mebellərin, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 1,8 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,8 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat dövründə istehlak məhsullarının dəyər ifadəsində 22,8 faizi ticarət müəssisələri, 50,8 faizi fərdi sahibkarlar tərəfindən, 26,4 faizi isə bazar və yarmarkalarda satılıb. 2019-cu ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 8,9 faiz, fərdi sahibkarlar üzrə 1,1 faiz artmış, bazar və yarmarkalarda isə 13,7 faiz azalıb.
2020-ci ilin yanvar-avqust aylarında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 308,1 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 2,5 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 166,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 141,4 manatlıq qeyri-ərzaq malları alıb. (Modern)