2025-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində 2 milyard 785,1 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2024-cü ilin yanvar-sentyabr ayına nisbətən 7,8% çoxdur.
Bu ilin 9 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları bütün mallara xərclədiyi vəsaitin 6,0% faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.
Təkcə sentyabr ayı ərzində əhali 331,8 milyon manatlıq avtomobil benzini və dizel yanacağı alıb.