İstehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində 2021-ci ilin yanvar-iyul aylarında toxuculuq məhsulları, geyim və ayaqqabılara 3 milyard 152.7 milyon manat xərcləyib.Əhali hər ay orta hesabla 450 milyon manatlıq toxuculuq məhsulları, geyim və ayaqqabılar alıb.
Eləcə də bax: Azərbaycan əhalisi pullarını əsasən - Bu Məhsullara Xərcləyib
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi bildirir.
Belə ki, ötən ilin 7 ayına nisbətən cari ildə toxuculuq məhsulları, geyim və ayaqqabılar satışından gəlir 2.4% artıb.
2021-ci ilin yanvar-iyul aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 13.8 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların alınmasına sərf olunub.