Bu ilin yanvar-avqust aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində toxuculuq məhsullarına, geyim və ayaqqabılara istehlakçılar tərəfindən 3 684,7 mln. manat xərclənib.
Eləcə də bax: Bu ilin 8 ayında əhali pulunu - BU SAHƏLƏRƏ XƏRCLƏYİB
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu, əvvəlki ilin analoji dövrü ilə müqayisədə 2,5% və ya 91,2 mln. manat çoxdur.
Cari ilin avqust ayında satışların həcmi iyul ayı ilə müqayisədə 37% və ya 143,6 mln. manat artaraq 532,0 mln. təşkil edib.
Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 13,9%-i toxuculuq məhsullarına, geyim və ayaqqabıların alınmasına sərf olunub. Bu, ötən ilin eyni dövrünün göstəricisindən 0,7 faizbəndi azdır. (Apa)