2020-ci ildə əczaçılıq məhsullarının istehsalı ötən ilə görə kəskin artıb.
Eləcə də bax: Azərbaycanda şərab istehsalı - 2,5 DƏFƏ AZALIB
FED.az xəbər verir ki, bu ilin yanvar-avqust aylarında ümumilikdə, 3,3 milyon manat məbləğində əczaçılıq məhsulu istehsal edilib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə və ya 1 milyon 965 min manat artıb. Kəskin artıma əsas səbəb koronavirus pandemiyası olub.
Qeyd edək ki, 2019-cu ilin yanvar-avqust aylarında 1 milyon 335 min manatlıq əczaçılıq məhsulu istehsal edilib.
Ən çox məhsul iyun, avqust və aprel aylarında istehsal edilib. Belə ki, iyunda 700 min manat, avqustda 600 min manat, apreldə 500 min manat məbləğində əczaçılıq məhsulu istehsal edilib.
Əczaçılıq məhsullarının istehsalı ötən ilin eyni aylarına görə, müvafiq olaraq yanvar, fevral aylarında 2,1 dəfə, mart və aprel aylarında 4,2 dəfə, may ayında 2,3 dəfə, iyun ayında 1,7 dəfə, iyul ayında 2 dəfə və avqust ayında 3,5 dəfə artım olub.