2020-ci ilin doqquz ayı ərzində ölkədə 17.9 min iş yeri bağlanmışdır.
Eləcə də bax: Türkiyədən Azərbaycana işləməyə gələnlərin sayı artıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verir.
Bu dövrdə bağlanmış iş yerlərinin 26.8 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 16.6 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 83.4 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.
Onu da qeyd edək ki, 2020-ci ilin doqquz ayı ərzində ölkədə 106.2 min yeni iş yerləri açılmışdır. Bu dövrdə yaradılmış iş yerlərinin 49.1 faizi qeyri-dövlət sektorunda açılıb.