Dövlət Statistika Komitəsi (DSK) Azərbaycanda rəsmi, yəni əmək müqaviləsi ilə işləyənlərin sayını açıqlayıb.
Eləcə də bax: Azərbaycanda orta maaş - AÇIQLANDI
FED.az xəbər verir ki, 2021-ci il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 20,4 min nəfər və ya 1,2 faiz artaraq 1704,9 min nəfər olub.
Onlardan 905,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 799,2 min nəfəri isə qeyri-dövlət sektorunda çalışır.
2020-ci illə müqayisədə dövlət təşkilatlarında çalışanların sayı 12,1 min nəfər azalıb. Özəl təşkilatlarda işləyənlər isə 32,5 min nəfər artıb.