Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “Kompüter və noutbukların satınalınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Bestcomp Group” QSC olub.
Qalib şirkətə 39 milyon 886 min 250 manat ödəniləcək.
Şirkət qurumu aşağıdakı noutbu və kompüterlərlə təmin edəcək.
№ |
Başlıq |
Miqdar |
Ölçü vahidi |
1 |
Noutbuk i3, 16", 8GB Ram, 128GB SSD, Windows Pro Education 11 |
24.030 |
ədəd |
2 |
Noutbuk N100, 14", 8GB Ram, 128 GB eMMC, Chrome OS |
500 |
ədəd |
3 |
Noutbuk i3, 15.6", 8GB Ram, 128GB SSD, Windows Pro Education 11 |
9.010 |
ədəd |
4 |
Masaüstü kompüter i3, 23.8", ən azı 8GB Ram, ən azı 128GB SSD, Windows Pro Education 11, Mouse, Keyboard |
13.000 |
ədəd |
5 |
Noutbuk i7, 16", 16GB Ram, 512GB SSD, Windows Pro 11 |
670 |
ədəd |
“Bestcomp Group” QSC daha öncə Dövlət Statistika Komitəsinin 11 min 977 manat dəyərində 2025-ci il üçün xərclər smetasının 314000 – “Qeyri-maddi aktivlər” köməkçi bölməsi üzrə lisenziyaların satın alınması tenderi üzrə qalib olub.
Qeyd edək ki, “Bestcomp Group” QSC 1998-ci ildə yaradılıb, nizamnamə kapitalı 8 962 330 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Fərid Həsənov Rafiq oğludur. Hüquqi ünvanı AZ1025, Bakı şəhəri Xətai rayonu, 8 Noyabr, ev 25E ünvanında yerləşir.