2023-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 40,9 milyard manatlıq, o cümlədən 23,0 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17,9 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Azərbaycanda orta maaş açıqlandı - BİR İLDƏ 11% ARTIB
Dövlət Statistika Komitəsindən FED.az-a bildirilib ki, 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,0 faiz, qeyri-ərzaq malları üzrə 4,8 faiz artıb.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 447,7 manat və ya 2022-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 56,1 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 251,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 196,4 manatlıq qeyri-ərzaq malları alıb.
İstehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 56,1 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 13,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 5,0 faizi elektrik malları və mebellərin, 2,3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,7 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.