Azərbaycan mətbəxində ən çox istifadə edilən ət növlərinin istehsalının artırılması əsas priaritetlərdəndir.
FED.az Azərtac-a istinadən xəbər verir ki, 2018-ci ilin 8 ayı ərzində Göygöl rayonunda diri çəkidə 3 525,3 ton heyvan və quş əti istehsal edilib. Rayonun Statistika İdarəsindən bildirilib ki, 2017-ci ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 42,8% və ya 1056 ton artıb.
Xüsusən quş əti istehsalı 1192,2 ton və ya 6,6 dəfə artıb. Quş əti istehsalının artmasına səbəb fermer təsərrüfatlarında yeni texnologiyaların tətbiqi və daha məhsuldar cinslərin yetişdirilməsidir.
Bu rayonda ət istehsalı 43%-ə yaxın artdı
21:13
27 Sen 2018