Yanvar-iyun aylarında tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 327,6 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz azalıb.
Eləcə də bax: Azərbaycanda araq istehsalı artıb - CƏDVƏL
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən bildirilib ki, həmin dövrdə tikinti gipsinin istehsalı 2,1 dəfə, tikinti kərpicinin istehsalı 15,1 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 3,6 faiz artıb.
Sementin istehsalı 2,4 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 26,7 faiz, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 41,1 faiz, tikinti əhənginin istehsalı 41,3 faiz, asfaltın istehsalı 41,5 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı isə 64,5 faiz azalıb. (Trend)