Gəncə şəhərində 2023-cü ilin yanvar-sentyabr aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 92 milyon manat vəsait yatırılıb.
FED.az Gəncə Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, bu 2022-ci ilin eyni dövrünə nisbətən 14 milyon manat və ya 17,5 faiz çoxdur.
Gəncədə əsas investor əvvəlki kimi dövlət qurumlarıdır – 2023-cü ilin ilk 9 ayında əsas kapitala yönəldilmiş vəsaitlərin böyük hissəsi - 82,6 faizi dövlət qurumlarının payına düşür. Qeyri-dövlət sektoru yatırımların 17,4 faizini təmin edib.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 81,7 milyon manatı və ya 88,8 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib, bu ötənilki dövrdən 13,3% artıqdır.
2023-cü ilin yanvar-sentyabr aylarında Gəncə şəhərində tikinti müəssisələri və fərdi sahibkarlar tərəfindən 34,1 milyon manatlıq tikinti işləri görülüb.
Tikinti işlərinin 22,1 milyon manatını, yaxud 65 faizi şirkətlər, 12 milyon manatını və ya 35 faizini isə fərdi sahibkarlar tərəfindən həyata keçirilib