Maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların, sair nəqliyyat vasitələrinin istehsalı sahələrində 187,5 milyon manatlıq məhsul istehsal edilib.
Eləcə də bax: Hacıqabulda yük avtomobili və avtobus istehsalı zavodunun inşası yekunlaşıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, Bakı Şəhər Statistika İdarəsinin aylıq hesabatına görə, ötən ilin analoji dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 27,6 faiz azalıb.
Bunun əksinə avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 9,4 faiz artmışdır.
Əvvəlki ilin yanvar- sentyabr aylarına nisbətən ştanqlı quyu nasoslarının istehsalı 39,1 faiz , odsöndürənlərin istehsalı 80,9 faiz, fəvvarə armatur istehsalı 65,0 faiz, mancanaq dəzgahların istehsalı isə 62,9 faiz azalmışdır.