2024-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində 21 milyard 586, milyon manatlıq ərzaq məhsulları satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-ci ilin yanvar-sentyabr aylarına nisbətən 1,9% çoxdur.
Bu ilin 9 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,6% faizi ərzaq məhsullarının alınmasına sərf olunub.
Təkcə avqust ayında ərzağa xərclənən vəsaitin məbləği isə 4 milyard 707,5 milyon manat təşkil edib.