2021-ci ilin ilk ayında qida məhsullarının istehsalı sahəsində kolbasa istehsalı 25% artıb.
FED.az Banker.az-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı hesabata görə, yanvar ayında Azərbaycanda 2 min 68 ton həcmində kolbasa istehsal olunub.
Qeyd edək ki, qida məhsullarının istehsalı yanvar ayında 363.2 milyon manat təşkil edib ki, istehsal olunmuş qida məhsulları ötən ilin ilk ayı ilə müqayisədə 3% artıb.
Qida məhsullarının istehsalı sahəsində ən çox artım pivə istehsalında qeydə alınıb.