Bu ilin yanvar ayında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 117,7 milyon manat olub.
FED.az biznes və maliyyə portalı Bakı Şəhər Statisika İdarəsinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10 faiz artıb.
Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 91,8 milyon manat olub ki, bu da ümumi dövriyyənin 77,9 faizini təşkil edib.











