2025-ci ilin yanvar-iyul aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 86,4 faizini inşa, yenidənqurma və bərpa, 6,8 faizini əsaslı təmir, 3,6 faizini cari təmir, 3,2 faizini isə sair tikinti işləri təşkil edib.
FED.az bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Ümumi inşaat işlərinin 91,3 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.