Bu ilin ilk 4 ayında Bakı üzrə ticarət dövriyyəsinin həcmi 2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 5,4 % artaraq 7961,7 mln. manat olub.
Eləcə də bax: Bakıda restoranların dövriyyəsi - 90% ARTIB
FED.az xəbər verir ki, Bakı Statistika İdarəsindən verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1% artaraq 4 252 mln.manata, qeyri-ərzaq məhsullarının həcmi isə 9,7% artaraq 3 709,7 mln. manata bərabər olub.
Məlumata görə, istehlak məhsullarının 37,7%-i hüquqi şəxs statuslu müəssisələrdə, 35,4%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 26,9%-i isə paytaxtın məhsul bazarlarında satılıb. (Trend)