Bakıda restoranlardan ən çox pul qazanan rayonların adları məlum olub.
FED.az bu barədə Bakı Şəhər Statistika İdarəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, həmin rayonlar içərisində birinci yerdə Səbail Rayonu qərarlaşıb. Bu rayonda restoranların dövriyyəsi 341 milyon 779,6 min manat təşkil edib.
İkinci yerdə 142 milyon 405,1 min manat dövriyyə ilə Nərimanov rayonu, üçüncü yerdə 105 milyon 302,2 mn manat dövriyyə ilə Yasamal rayonu dayanıb. Restoranlardan ən az məbləğ qazanan Pirallahı rayonu olub ki, bu rayonda dövriyyənin məbləği 4 milyon 923,7 min manat təşkil edib.
İllik dövriyyəsi daha çox artan rayonlar isə Sabunçu və Yasamal rayonları olub. Belə ki, Sabunçu rayonunda restoranların dövriyyəsi son bir ildə 3,3 dəfə artaraq 33 milyon 378,5 min manata, Yasamal rayonunda isə 1,7 dəfə artaraq 105 milyon 302,2 min manata yüksəlib. Keçən il bu rayonlarda ictimai iaşə dövriyyəsinin dəyəri müvafiq olaraq 8 milyon 752,7 min manat və 52 milyon 966,2 milyon manat olub. Bu təkcə restoran dövriyyələrinin real aktivliyi ilə deyil, həm də "ağarması ilə əlaqədardır.
Rayonlar |
Dövriyyənin dəyəri |
Səbail |
341 779,6 |
Nərimanov |
142 405,1 |
Yasamal |
105 302,2 |
Xətai |
87 183,6 |
Nəsimi |
86 277,1 |
Nizami |
60 964,6 |
Binəqədi |
58 445,3 |
Xəzər |
48 783,4 |
Sabunçu |
33 578,5 |
Qaradağ |
29 264,7 |
Suraxanı |
19 417,7 |
Pirallahı |
4 927,3 |