Bu ilin yanvar ayında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1332,6 manat təşkil edib.
İşəgötürən işçilərlə bağlı hansı məlumatları təqdim etməlidir?
Bu barədə FED.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,2 faiz çoxdur.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 12,8 faiz artaraq 1062,9 manat təşkil edib.
Əməkhaqqı neft-qaz sektorunda 3830,2 manat, qeyri neft-qaz sektorunda 1010,8 manat təşkil edib.
Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1017,2 manat, özəl müəssisələrdə isə 1110,0 manat olub.