2025-ci ilin yanvar-iyun aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1375,4 manat təşkil edib.
FED.az bu barədə Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə bu 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,4 faiz çoxdur.