Bu ilin yanvar-iyun aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 177,3 manat olub.
Bu il Bakıda kafe və restoranlara - 751 MİLYON MANAT XƏRCLƏNİB
FED.az xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən bildirilib.
Bildirilir ki, orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 10,5 % çoxdur.
Ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı il ərzində 11,5 % artaraq bu ilin I yarısında 921,9 manat təşkil edib.