Statistika

Bakıda maaşlar iki aydır azalır – 1000 Manatdan Aşağı Düşdü

Bakıda maaşlar iki aydır azalır – 1000 Manatdan Aşağı Düşdü | FED.az
10:20 6 Avq 2020

Bakı şəhərində orta aylıq əmək haqqı məbləği açıqlanıb.

Eləcə də bax: Azərbaycanda maaşlar ardıcıl 2 aydır ki azalır - RƏSMİ

FED.az Bakı şəhər Statistika Komitəsinə istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-may aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 984 maat olub.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 19,8 faiz artıq olsa da, əvvəlki ayla müqayisədə 20 manat azdır.

Xatırladaq ki, paytaxtda orta aylıq əmək haqqı ardıcıl iki aydır ki, azalmaqdadır. Belə ki, mart ayında 1023 manatlıq məbləğə çatandan sonra maaşların aşağı düşməsi başlayıb. Aprelin sonunuda orta maaş 1004 manata, mayda isə 984 manata enib.

 Xatırladaq ki, 2020-ci ilin əvvəlində Bakı şəhərnidə orta aylıq əmək haqqı 867 manat, yanvarın sonunda

957,5 manat,  fevralın sonunda 958 manat, martın sonunda 1022,9 manat, aprelin sonunda 1004,1 manat, mayın sonunda isə 984 manat olub.

Digər xəbərlər

Banner