Bu ilin yanvar-avqust aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 1 milyard 176 milyon manat olub.
FED.az bu barədə Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Bildirilib ki, bu, 2024-cü ilin ilk eyni dövrü ilə müqayisədə real ifadədə 15,4 % çoxdur.
Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 670,4 milyon manat olub. Bu, ümumi dövriyyənin 57 %-ini təşkil edib.