Bu ilin yanvar-fevral ayında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 220,9 milyon manat olub.
Bu barədə FED.az-a Bakı Statistika İdarəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 22% çoxdur.
Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 163,4 milyon manat olub ki, bu da ümumi dövriyyənin 74%-ni təşkil edib.