Bu ilin yanvar-mart aylarında Bakı şəhərində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 10% azalaraq 1 130,2 mln. manat olub.
FED.az xəbər verir ki, Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 840,7 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 74,4%-ni təşkil edib. (Apa)