2023-cü ilin yanvar-fevral aylarında ticarət dövriyyəsinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4.9 faiz artaraq 4811 milyon manat olmuşdur.
Bakıda restoranların dövriyyəsi - 30 FAİZ ARTIB
FED.az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi bildirir.
Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6.2 faiz artaraq 2 556.9 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3.7 faiz artaraq 2254.1 milyon manata bərabər olmuşdur.
İstehlak məhsullarının 33.4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 47.9 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 18.7 faizi isə paytaxtın bazar və yarmarkalarında satılmışdır.