Bu ilin yanvar-oktyabr aylarında paytaxt Bakıda ictimai iaşə dövriyyəsinin həcmi (kafe, restoran, çayxana və s.) 1 milyard 268,5 milyon manat olub.
FED.az bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 11,2% çoxdur.
Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 741,4 milyon manat olub ki, bu da ümumi dövriyyənin 58,5%-ini təşkil edib.