Azərbaycanda mart ayında bahalaşan və ucuzlaşan məhsullar açıqlanıb.
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, 2021-ci ilin yanvar-mart aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-mart aylarına nisbətən 103,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,8 faiz, qeyri-ərzaq məhsulları üzrə 103,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,6 faiz təşkil etmişdir. Cari ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,9 faiz, əvvəlki ilin mart ayına nisbətən 104,1 faiz təşkil etmişdir.
2021-ci ilin mart ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,8 faiz, əvvəlki ilin mart ayına nisbətən 104,8 faiz təşkil etmişdir.
cari ilin mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma
düyünün,
unun,
manna və qarabaşaq yarmasının,
makaron məmulatlarının,
peçenyenin, vaflinin,
toyuq ətinin,
təzə və dondurulmuş balığın,
südün,
yoqurtun, xamanın, kəsmiyin,
pendirin,
kərə və bitki yağlarının,
limonun, portağalın, naringinin,
kivinin, bananın,
almanın, armudun,
heyvanın, narın,
qozun, fındığın,
kələmin,
pomidorun,
yerkökünün, çuğundurun, balqabağın,
kartofun, soğanın,
şəkər və şəkər tozunun,
konfetlərin,
çayın,
mineral suların, limonadın,
arağın,
tütün məmulatlarının qiymətlərində müşahidə olunub.
Ucuzlaşma isə yumurtanın və xiyarın qiymətlərində müşahidə olunub.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Bundan başqa, 2021-ci ilin mart ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, əvvəlki ilin mart ayına nisbətən 103,7 faiz təşkil edib.
Cari ilin mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından
daha çox bahalaşma
parçaların,
kəsilmiş taxtaların,
sementin,
kərpicin,
paltaryuyan maşınların,
kondisionerlərin,
saç üçün şampunların,
ucuzlaşma isə əsasən
mobil telefonların qiymətlərində müşahidə edilib.
Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2021-ci ilin mart ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin mart ayına nisbətən 103,4 faiz təşkil edib.