2024-cü ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində 227,1 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-ci ilin yanvar ayına nisbətən 10,6% çoxdur.
Bu ilin ilk ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 5% faizi tovtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.