2025-ci ilin ilk yarısında Azərbaycana idxal olunan smartfonların miqdarı və dəyərində müəyyən dəyişikliklər müşahidə olunub.
Azərbaycan əhalisi geyim və ayaqqabıya bu il 4,4 milyard manatdan çox pul xərcləyib
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-iyun ayları ərzində ölkəyə 545 min 566 ədəd smartfon gətirilib. İdxalın ümumi dəyəri 175,88 milyon dollar (təxminən 299,0 milyon manat) təşkil edib. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 83 478 ədəd və ya 13,27% azalma deməkdir.
Xatırladaq ki, 2024-cü ilin ilk yarısında isə Azərbaycana 629 min 44 ədəd smartfon idxal olunmuş, ümumi dəyəri isə 174,19 milyon dollar (296,1 milyon manat) olmuşdu.
Beləliklə, miqdar göstəricisi azalmasına baxmayaraq, idxalın məbləğində artım qeydə alınıb. Rəqəmlər göstərir ki, 2025-ci ilin ilk yarısında idxal olunan smartfonların ümumi dəyəri dollar ifadəsində 1,7 milyon dollar və ya 0,97%, manat ifadəsində isə 2,88 milyon manat və ya 0,97% artıb.
İdxaldakı miqdar azalmasına rəğmən, orta qiymətlərdə ciddi yüksəliş müşahidə olunub. Belə ki, 2024-cü ilin ilk yarısında bir smartfonun orta idxal qiyməti 276,91 dollar (470,74 manat) olduğu halda, 2025-ci ilin eyni dövründə bu rəqəm 322,39 dollara (548,06 manat) çatıb. Beləliklə, orta idxal dəyəri 45,48 dollar (77,32 manat) artıb. Bu da orta qiymətdə 16,42%-lik artım deməkdir.