2020-ci ilin yanvar-fevral aylarında Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) həcmi 12.578,0 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz çoxdur.
Eləcə də bax: Azərbaycanın 2 aylıq makroiqtisadi göstəriciləri - AÇIQLANDI
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə qeyri-neft-qaz ÜDM-i 6,7 faiz artaraq 7.554,2 mln. manata çatıb.
Əhalinin hər nəfərinə düşən ÜDM 1.263,7 mln. manata bərabər olub. Bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz çoxdur.