Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlakçıların tələbatının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 44,2 milyard manat olub.
Azərbaycanda orta aylıq nominal əməkhaqqı - 11%-DƏN ÇOX ARTIB
FED.az Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrünə nisbətən 5,4 % çoxdur.
Məlumata görə, qeyri-dövlət sektorunun təsərrüfat subyektlərinin satdığı məhsulların və göstərdiyi xidmətlərin dəyəri illik müqayisədə 5,2 % artaraq 42,5 milyard manat olub, onun da 46,3 %-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Hesabat ayında bir istehlakçı orta hesabla 544,6 manat və yaxud 1 il əvvələ nisbətən nominal ifadədə 80,4 manat çox vəsait xərcləyib. (Report)