Bu ilin yanvar-mart aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 11,5 mlrd. manat olmaqla 2020-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 4,1% azalıb.
Eləcə də bax: Azərbaycanda illik inflyasiya - 4%-ə Yaxınlaşıb
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılan məhsulların və göstərilən xidmətlərin dəyəri 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə 4,2% azalaraq 11,1 mlrd. manata bərabər olub, onun 47,9%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 383,7 manat və ya 2020-ci ilin eyni dövrünün göstəricisindən nominal ifadədə 2,4 manat az vəsait xərcləyib. (Apa)