2022-ci ilin I rübündə Salyan rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5 milyon 120,6 min manat investisiya yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövründən 1 milyon 492,2 min manat (41,1 faiz) çoxdur.
Eləcə də bax: Salyanda dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, Salyan rayon Statistika İdarəsindən verilən məlumata görə, əsas kapitala yönəldilmiş investisiyanın 3 milyon 701,5 min manatı (72,3 faizi) dövlət, 1 milyon 419,1 min manatı (27,7 faizi) qeyri-dövlət mülkiyyətinə aiddir.
2022-ci ilin I rübündə əsas kapitala yönəldilmiş investisiyanın 1 milyon 609,2 min manatını (31,4 faizini) tikinti quraşdırma işləri təşkil edib.
Təhlil olunan dövr ərzində tikinti təşkilatları tərəfindən (fiziki şəxslər daxil edilməklə) 491,1 min manatlıq tikinti-quraşdırma işləri görülüb. (Azərtac)